Rumıniya Birinci Dünya müharibəsi zamanı təhlükəsizlik məqsədilə Rusiyaya göndərdiyi 91,5 ton qızıl ehtiyatının və digər qiymətli əşyaların geri qaytarılmasını tələb edir.
Bakupost.az xəbər verir ki, 1916-1917-ci illərdə Rumıniya Milli Bankına məxsus qızıl, zərgərlik və mədəni dəyərə malik əşyalar Moskvaya daşınıb.
Müharibədən sonra qızılın geri alınması üçün cəhdlər göstərilsə də, məsələ bugünədək həll olunmayıb.
Rumıniya Xarici İşlər Nazirliyi bildirib ki, qızıl ehtiyatlarının yalnız bir hissəsi geri qaytarılıb və bu məsələ ölkə üçün həm maddi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır.
Xatırladılıb ki, Avropa parlamenti 4 mart 2024-cü il tarixli qətnaməsində Rusiyanı Rumıniyaya məxsus qızıl və digər qiymətli əşyaları geri qaytarmağa çağırıb.