Ru
21:51 / 16 Yanvar 2026

Paşinyan hər kəsi rəqsə dəvət etdi - FOTO

Paşinyan hər kəsi rəqsə dəvət etdi - FOTO
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 30-da İrəvanda keçiriləcək rəqs gecəsinə vətəndaşları dəvət edib.

Bakupost.az xəbər verir ki, hökumət başçısı sosial şəbəkə hesabında paylaşım edərək tədbirdə musiqiçi qismində iştirak edəcəyini bəyan edib.

“Sizi rəqs meydançasına dəvət edirəm. Biz çalırıq, siz rəqs edirsiniz”, – deyə Paşinyan izləyicilərinə müraciətində bildirib. O, həmçinin tədbirə qatılmaq istəyənlər üçün xüsusi qeydiyyat linki və QR-kod paylaşaraq görüşün yerinin yaxın vaxtlarda açıqlanacağını qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan son vaxtlar zərb alətlərində ifa etməyə xüsusi maraq göstərir. Onun rəsmi toplantılardan sonra zərb alətləri arxasında əyləşərək öz şeirlərinə bəstələnmiş mahnıları ifa etməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar