Tehran internetə qoyulan məhdudiyyəti ən azı 20 martda qeyd olunan Novruz bayramına qədər uzatmaq niyyətindədir.
Bakupost.az xəbər verir ki, bu barədə "Iran Wire" məlumat yayıb.
"Net Blocks" monitorinq qrupunun məlumatına görə, hazırkı internet kəsilməsi 2019-cu ildəki eyni kəsilmədən daha uzun müddətə 180 saatdan çox davam edib.
Qeyd olunur ki, hələlik rabitənin qismən və ya regional bərpası həyata keçirilməyib.