Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam Kadırov Qroznıda ağır yol qəzasına düşüb.
Bakupost.az xəbər verir ki, bu barədə müxalif “Niyso” xəbər kanalı məlumat yayıb.
Kadırovun qəzada ağır xəsarət aldığı bildirilib, hazırda o, xəstəxanalardan birinə yerləşdirilib.
Adam Kadırovun reanimasiyada olduğu və Moskvaya aparıla biləcəyi də iddia edilir.
Məlumata görə, Kadırovun kiçik oğlunun korteji yüksək sürətlə hərəkət edirmiş. Yolda qəfil yaranan maneə səbəbindən avtomobillər bir-birinə çırpılıb və çoxsaylı xəsarət alanların olduğu qeyd edilir
Hazırda hadisə ilə bağlı rəsmi qurumlar, eləcə də Ramzan Kadırov tərəfindən hər hansı təsdiq və ya təkzib yoxdur.