Ru
21:15 / 16 Yanvar 2026

Paşinyan Putinin “sağ əlini” yenidən içəri saldı

Paşinyan Putinin “sağ əlini” yenidən içəri saldı
Eye

Ermənistan hakimiyyəti Rusiyaya yaxınlığı ilə tanınan oliqarx Samvel Karapetyan barəsində sərt qərarı yenidən qüvvəyə mindirib.

Bakupost.az xəbər verir ki, stasionar müalicə aldığı tibb müəssisəsindən çıxarılan iş adamı birbaşa istintaq təcridxanasına aparılıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları Karapetyanın müalicəsini yarımçıq dayandıraraq onu “Yerevan-Kentron” təcridxanasına – Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzdində fəaliyyət göstərən izolatora yerləşdiriblər. Bildirilir ki, Karapetyan pnevmoniya və koronavirus infeksiyasının fəsadlarından müalicə alırdı.

Xatırladaq ki, daha əvvəl məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdi. Lakin apellyasiya instansiyası bu qərarı ləğv edərək yenidən həbsə qərar verib. Hazırda Antikorrupsiya Məhkəməsində Karapetyanın işi üzrə baxış davam edir.

Qeyd edək ki, Samvel Karapetyan uzun illər Kremlə yaxın biznes dairələrinin əsas fiqurlarından biri kimi tanınıb və mətbuatda tez-tez Rusiya prezidenti Vladimir Putinin “sağ əli” adlandırılıb. Onun yenidən həbsə göndərilməsi baş nazir Nikol Paşinyanın Moskva ilə münasibətlərdə daha sərt xətt seçdiyinin növbəti göstəricisi kimi dəyərləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar