121 kq narkotiklə tutuldu - Meşədə becərirmiş

  • 25 İyn 2019 05:27
  • 1119 Baxış
121 kq narkotiklə tutuldu  - Meşədə becərirmiş
Beyləqanda əvvələr məhkum olunmuş şəxsdən 120-kq artıq narkotik götürülüb
Beyləqan rayonunda polis əməkdaşları narkotik plantasiyası aşkar edib.


 

 

BakuPost-un məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun meşə massivi ərazisində ümumi çəkisi 121 kq 350 qram olan, 300 ədəd narkotik tərkibli çətənə kollarından ibarət plantasiya aşkarlanıb.
Aparılan axtarış-əməliyyat zamanı məlum olub ki, çətənə kollarını Asim Qarayev Ülvi oğlu Qarayevin əkdiyi müəyyən edilib
Həmçinin əraziyə baxış keçirilən zaman kolların xüsusi aqrotexniki qayda ilə becərildiyi məlum olub.

 

Meşədə ağacların arasında becərilən kolların suvarılması üçün su kanalı, həmçinin çətənə kollarının qorunması üçün ərazidə xüsusi düzəldilən saxlanc yeridə aşkarlanıb.
Bundan başqa əraziyə baxış keçirilən zaman 3-kq yaxın qurudulmuş marixuana aşkar olunub. Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, A. Qarayev narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə yanaşı, satışı ilə də məşğul olduğu üçün məhkum həyatı yaşayıb.


Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır