Türkiyənin Mersin şəhərində yerləşən Erdemli Dövlət Xəstəxanasında dəhşətli hadisə baş verib.
"Bakupost" xəbər verir ki, qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 16 yaşlı qız həkimlərin müayinəsini gözləyərkən tualetə keçib.
İddiaya görə, burada gizli şəkildə doğuş edən yeniyetmə daha sonra körpəni zibil qutusuna ataraq xəstəxananı tərk edib.
Hadisə tualeti təmizləyən işçinin zibil qutusundan körpə səsi eşitməsi ilə üzə çıxıb. İşçi dərhal xəstəxana rəhbərliyinə məlumat verib. Körpə zibil qutusundan çıxarılaraq tibbi yardım göstərilib. Onun səhhətinin normal olduğu bildirilib.
Hadisə ilə bağlı polis araşdırmaya başlayıb. Araşdırma nəticəsində körpəni zibil qutusuna atan 16 yaşlı yeniyetmə saxlanılıb.
Onun körpəni qəsdən öldürməyə cəhd ittihamı ilə həbs olunduğu bildirilir.
Aygün,
BakuPost