Ru
11:27 / 31 Avqust 2026

17 yaşlı qızı “Sədərəy”ə cehiz almağa apardılar – sığınacağa qaçdı

17 yaşlı qızı “Sədərəy”ə cehiz almağa apardılar – sığınacağa qaçdı
Eye

Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinin qarşısı alınıb.

"Bakupost" xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

Birlik sədrinin sözlərinə görə, azyaşlı qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıbmış. Valideynləri cehiz almaq üçün “Sədərək” Ticarət Mərkəzinə getdiyi zaman 17 yaşlı qız taksiyə minərək sığınacağa gəlib:

“17 yaşlı qızın sentyabrın 20-də toyu olacaqdı. Olmayacaq. Qızın dədə-nənəsi cehiz almağa gedib Sədərəyə, qız da oturub taksiyə ki, “pulum yoxdur, Kəmalə xanımın sığınacağına apar, orada verəcəklər”. O da gətirib... İçəri girəndə nə etdiyini demək istəmirəm...”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar