Ru
11:36 / 31 Avqust 2026

Putin həbsdə olan Köçəryanı təbrik etdi

Putin həbsdə olan Köçəryanı  təbrik etdi
Eye

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Köçəryanı ad günü münasibətilə təbrik edib.

"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

"Rusiya ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına şəxsi töhfənizi unutmur. Sizə və ailə üzvlərinizin üzləşdiyi sınaqlar qarşısında səmimi qəlbdən möhkəm cansağlığı, mənəvi cəsarət və dözümlülük arzulayıram", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Robert Köçəryanın 72 yaşı tamam olur.

O, avqustun 27-də iki ay müddətinə həbs edilib.

Köçəryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar