Ru
10:37 / 31 Avqust 2026

Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi

Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi
Eye

General Natiq Əliyevin qızı Türkər Əliyeva bu yaxınlarda işdən azad edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovu və idarənin əməkdaşı Orxan Əlizadəni məhkəməyə verib.

"Bakupost" xəbər verir ki, bu barədə "Unikal"a onun vəkili Məhərrəm Hacıyev məlumat verib.

Vəkilin sözlərinə görə, Türkər Əliyeva Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində olan zaman keçmiş rəis və əməkdaş tərəfindən ona qarşı qanunsuzluq və təhqirlər edilib.

Bu səbəbdən hər iki şəxs Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə verilib.

Xatırladaq ki, bir neçə gün öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimov tutduğu vəzifədən azad edilib.

Eyni zamanda, digər əldə etdiyimiz məlumata görə, keçmiş idarə rəisi də general Natiq Əliyevin qızı Türkər Əliyevanı xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar