“Sabah” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
"Bakupost" Qol.az-a istinadla xəbər verir ki, Bakı təmsilçisi “Zenit”in yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürür.
Qeyd edək ki, 26 yaşlı braziliyalı futbolçu ötən mövsümü icarə əsasında “Orenburq”da keçirib. O, bütün turnirlərdə 29 matça çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Du Keyrosun transfer hüquqları “Zenit”ə məxsusdur.
Xatırladaq ki, “Sabah” bu mövsüm Azərbaycanı Çempionlar Liqasının Liqa mərhələsində təmsil edəcək.