Ru
10:23 / 09 Oktyabr 2019

3 rayonda qaz olmayacaq

3 rayonda qaz olmayacaq
Eye

Bakının Sabunçu və Abşeron rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən BakuPost.az-a verilən məlumata görə, oktyabrın 9-da səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin “Ərəblinka” orta təzyiqli qaz xəttində aparılacaq sazlama işləri ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N. İsmayılov prospekti, Z. Bünyadov, Anaşkin, Ş. Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Saat 10:00-dan eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək. Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 may qəsəbələrində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Saat 11:30-dan isə “Altıağac-Ağsu” magistral qaz kəmərində aparılacaq profilaktik işlər ilə bağlı Şamaxı rayonunun bir neçə kəndinin qaz təminatında fasilələr yaranacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar