Ru
10:04 / 19 Dekabr 2025

26 şirkətdə keçirilən əməliyyatda 43 nəfər həbs olundu – Türkiyə dövlətinə 70 milyard ziyan dəyib

26 şirkətdə keçirilən əməliyyatda 43 nəfər həbs olundu – Türkiyə dövlətinə 70 milyard ziyan dəyib
Eye

Bu gün səhər İstanbulun 5 vilayətdə ümumilikdə 26 şirkətə qarşı müxtəlif ittihamlarla əməliyyat keçirilib. Saxta ticarət yolu ilə dövlətə 69,5 milyard TL (2,78 milyard manat) zərər vurulduğu bildirilir. İstintaq çərçivəsində 43 şübhəli barəsində həbs qərarı verilib.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlər departamenti tərəfindən həyata keçirilib. İstanbul Baş Prokurorluğunun Çirkli Pulların Yuyulması Cinayətləri Bürosunun apardığı istintaq çərçivəsində aralarında “Dəmir Holding”, “Cavitech Dənizcilik” və “Səs Yapı”nın da olduğu ümumilikdə 26 şirkətə qarşı bir çox maddələr üzrə ittihamlar qaldırılıb. Bunlar “cinayət təşkilatı yaratmaq”, “vergidən yayınma”, “rəsmi sənədlərdə saxtakarlıq” və “cinayət yoluyla əldə olunan əmlakın leqallaşdırılması” və s maddələr var.

İstanbulun 5 vilayətində eyni vaxtda keçirilən əməliyyatlar zamanı qeyd olunan ünvanlarda axtarışlar aparılıb. Açıqlamaya görə, ümumilikdə 43 şübhəli barəsində həbs qərarı verilib.

Bildirilir ki, 2020–2021-ci illər ərzində 6,9 milyard TL (276 milyon manat) dəyərində qondarma ticarət əsasında tərtib edilən saxta sənədlər vasitəsilə dövlətə təxminən 70 milyard TL (2.8 milyard manat) həcmində zərər vurulub.

İstanbul Baş Prokurorluğu əməliyyatla bağlı rəsmi açıqlama yayıb.

Cavid, BakuPost.az
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar