Ru
22:22 / 21 Aprel 2026

3-cü ixtisas qrupu ləğv olunur? - Abituriyentləri nə gözləyir?

 3-cü ixtisas qrupu ləğv olunur? - Abituriyentləri nə gözləyir?
Eye

Son günlər 3-cü ixtisas qrupunun ləğv olunacağı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə, xüsusilə abituriyentlər arasında çaşqınlıq yaradaraq geniş müzakirələrə səbəb olub.

Statistik göstəricilərə görə, bu il qəbul imtahanlarının II mərhələsinin 1-ci cəhdi üçün 3-cü ixtisas qrupu üzrə iştirakçı sayının ötən illə müqayisədə xeyli azaldığı müşahidə olunur. Bu da təhsil ictimaiyyəti tərəfindən həmin ixtisas qrupunun tədricən aktuallığını itirməsi və bəzi plan yerlərinin boş qalması ehtimalı kimi dəyərləndirilir.

Eyni zamanda, Təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi fikir də bu istiqamətdə müzakirələri daha da artırıb. Nazir bildirib: “Yaxşı hüquqşunas olmaq üçün nəyə görə tarixi riyaziyyat fənnindən daha yaxşı bilmək lazımdır? Cəmiyyət bunu müzakirə etməlidir”.

Bu açıqlama 3-cü ixtisas qrupu üzrə mümkün dəyişikliklərin gündəmdə ola biləcəyi barədə ehtimalları daha da gücləndirib.

Qəbul imtahanına yaxın dövrdə ixtisas qruplarında hər hansı dəyişikliklərin edilməsi mümkündürmü?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı yaranan suallara təhsil eksperti Məzahir Məmmədli aydınlıq gətirib:

Gülsüm Baxşəliyeva,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar