Ru
09:00 / 15 İyul 2026

“3 milyard baxışım var” – Şuşa Forumunun iştirakçısından tənqidlərə cavab - VİDEO

“3 milyard baxışım var” – Şuşa Forumunun iştirakçısından  tənqidlərə cavab - VİDEO
Eye

IV Şuşa Qlobal Media Forumuna blogerlərin dəvət olunması sosial şəbəkələrdə müzakirə mövzusu olaraq qalır.

Bakupost.az xəbər verir ki, forum iştirakçılarından olan bloger Kamran Razmovar ünvanına səslənən tənqidlərə videomüraciətlə cavab verib.

O bildirib ki, artıq üç ildir CBC kanalında çalışır və fəaliyyətini yalnız blogerliklə məhdudlaşdırmaq düzgün deyil.

Kamran Razmovar, həmçinin sosial şəbəkələrdəki fəaliyyətinə diqqət çəkərək, səhifələrinin ümumilikdə 3 milyard baxış topladığını bildirib.

“Elə bir adam göstərin ki, səhifələrində 3 milyard baxış olsun və ölkəsini layiqincə təmsil etməsin”, – deyə o vurğulayıb.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda jurnalistlərlə yanaşı, bir sıra bloger və rəqəmsal kontent istehsalçıları da iştirak edib. Məhz bu məsələ son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Elnur,
Bakupost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar