Ru
09:15 / 14 Noyabr 2026

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Hörmüz boğazında tanker minaya düşərək yanıb
Eye

İran hərbi dəniz qüvvələrinin məlumatına görə, Hörmüz boğazının şərqində dəniz minasına düşən tanker yanıb və hərəkət qabiliyyətini itirib.

"Bakupost" xəbər verir ki, bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 14-də səhər saatlarında baş verib. Tanker əvvəlki xəbərdarlıqlara məhəl qoymayaraq, izləmə və tanınma sistemlərini söndürüb və boğazın şərqindəki qadağan olunmuş, təhlükəli ərazidən keçməyə çalışıb.

İran tərəfinin açıqlamasına görə, gəmi dəniz minasına düşdükdən sonra alışıb və hərəkətsiz qalıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar