Yeni Zellandiyada qeyri-adi oğurluq hadisəsi baş verib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 min 585 Yeni Zelandiya dolları (32680 manat) dəyərində olan boyunbağını oğurlamağa çalışan 32 yaşlı şəxs zinət əşyasını udub.
O, oğurluq ittihamı ilə polis tərəfindən saxlanılıb.
Yumurta formasında olan yaşıl rəngli, üzərində qiymətli daşlarla çiçək ornamentləri işlənmiş boyunbağının 18 karat qızıldan hazırlandığı, 60 ağ brilyant və 15 mavi sapfirlə bəzədildiyi bildirilib. İçindəki qızıl səkkizayaqlı fiqurun gözləri iki qara brilyantdan ibarət olub.
Cavid, BakuPost