İran ilə əlaqəli azı 34 tanker Hörmüz boğazı ətrafında tətbiq edilən ABŞ dəniz mühasirəsini keçərək Körfəzə daxil olub və ya çıxış edib.
Bakupost.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, tankerlərdən 19-u Körfəzdən çıxıb, 15-i isə Oman dənizi üzərindən İrana doğru hərəkət edib.
Hesabatda ən azı 6 tankerin İran xam nefti daşıdığı və ümumilikdə təxminən 10,7 milyon barel neftin daşındığı qeyd olunur.
Röya Rizvanzadə, BakuPost