Ru
14:50 / 02 Noyabr 2019

4 nazir Şamaxıda - Prezidentin çıxışından sonra - FOTO / VİDEO

16509
Prezident İlham Əliyevin Şamaxıdakı qəzalı məktəbin vəziyyəti ilə bağlı açıqlamasından sonra müvafiq qurumlar hərəkətə keçib.

BakuPost.az qafqazinfo-ya istinadla xəbər verir ki, hazırda məktəbin qəzalı vəziyyətdə olan binasında avadanlıqların boşaldılmasına başlanılıb.

Bu dəqiqələrdə Baş Nazir Əli Əsədov, Fövqəladə Hallar naziri Kamaləddin Heydərov, Təhsil naziri Ceyhun Bayramov, Maliyyə naziri Samir Şərifov və Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev hadisə yerindədir.

Qeyd edək ki, Şamaxı şəhər 2 saylı tam ortab məktəb binası üç mərtəbədən, iki korpusdan, 94 sinif otağından ibarətdi. Məktəbin qəzalı vəziyyətdə olan korpusu 1985-ci ildə, digər hissəsi 2005-ci ildə tikilib.1000-dən məktəblinin təhsil aldığı elm ocağında siniflərin, tavan, döşəmə və divarları qəzalı vəziyyətə düşüb.





Şərhlər
  • Müəllim

    BU hal onu sübut edir ki,Prezidentin təyin etdiyi mazirlər və digərləri sərbəst işləmək qabiliyyətində olmayan,savadsız və bacarıqsız insanlardır ki, öz şlərindən xəbərsiz olduqları kimi iş bacarmırlar.Yalnnız Təsadüfi kadrlar belə olur.Ona görə ölkənin hər yerində belə biabırçılıqlar hökm sürür.lb

  • Elşad

    1000-dən ÇOX

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər