Ru
13:49 / 15 Sentyabr 2021

4 saatdan çox ağızda qalan maska - Ölüm mənbəyidir

4 saatdan çox ağızda qalan maska - Ölüm mənbəyidir
Eye

Qapalı məkanlarda, işdə maska taxanlar onu 4 saatdan bir dəyişməlidir.

Əgər maska nəfəs aldıqca islanıbsa, onu həmin dəqiqə çıxartmalısınız. Xüsusən uşaqlar bir maskanı 4 saatdan çox saxlamamalıdır.

Bakupost.az xəbər verir ki, uşaqların maskanı uzunmüddətli taxması təhlükəlidir. Bu, uşaqlarda nəfəsçatışmazlığı, astma kimi problemlər yarada bilər.

Nəm maska ağız ətrafında səpkilərin, allergiyanın yaranmasına gətirib çıxarır.

Nəfəs aldıqca maska tərləyir, bu da uzun müddət istifadə olunarsa, göbələk xəstəliyinə gətirib çıxarar.

4 saatdan artıq taxılan maskada bakteriyalar çox toplanır. Bu da nəfəs aldıqca orqanizmimizə keçir.

Maska tozu tez çəkir. Buna görə də onu 4 saatdan artıq yeniləmək mütləqdir.

4 saat ərzində isə maskanı hər 10 dəqiqədən bir aşağı çəkib sərbəst nəfəs alın.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar