Ru
22:01 / 06 Fevral 2026

57 yaşında ali məktəbi bitirən Saleh Məmmədov haqda MARAQLI FAKTLAR

57 yaşında ali məktəbi bitirən Saleh Məmmədov haqda MARAQLI FAKTLAR
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Vüsal Nəsirli Agentliyin İdarə Heyətinin sədri təyin olunub.

Bakupost.az “Yeni Sabah”a istinadla sabiq sədrin qısa dosyesini təqdim edir:

Saleh Ərşad oğlu Məmmədov 1958-ci ildə Tərtər rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsinə daxil olub və 1980-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.

Əmək fəaliyyətinə 1980-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlayıb. 1980–1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçdikdən sonra fəaliyyətini yenidən həmin sistemdə mühəndis kimi davam etdirib.

1982–1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis vəzifələrində çalışıb. 1991–1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsinin rəisi, 1994–1995-ci illərdə isə “Azkommunkomplekttexnika” İstehsalat Birliyində rəhbər vəzifədə işləyib.

1995–2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestində rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol İstismar İdarəsinin rəisi və 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində fəaliyyət göstərib.

2003–2015-ci illərdə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi olub. 2007-ci ildə qurum “Azəryolservis” ASC-yə çevrildikdən sonra həmin idarənin rəisi vəzifəsində işləməyə davam edib.

2015-ci ildə - 57 yaşında Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Həmin ilin 19 fevral tarixində “Azəryolservis” ASC sədrinin birinci müavini təyin olunub və bir müddət sədr vəzifəsini icra edib.

Prezident İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli sərəncamı ilə “Azəryolservis” ASC-nin sədri təyin edilib. 2016-cı ildə qurumun adı dəyişdirilərək “Azəravtoyol” ASC adlandırılıb.

12 dekabr 2016-cı ildə Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.

Saleh Məmmədov yol təsərrüfatı sahəsində çalışdığı illərdə respublikanın beynəlxalq əhəmiyyətli E-119, AH-8, M-1, M-2 və M-4 magistral avtomobil yollarının bir hissəsinin istismarı və yerli əhəmiyyətli yolların idarə olunmasına rəhbərlik edib.

6 fevral 2026-cı il tarixində Prezidentin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Saleh Məmmədov ailəlidir, dörd övladı var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar