“Hizbullah” hərəkatının kəşfiyyat idarəsinin rəhbəri Vafiq Safa istefa verib.
Bakupost.az xəbər verir ki, təşkilat rəhbərliyi Safanın istefa ərizəsini fevralın 6-da qəbul edib.
Bildirilib ki, Safanın istefasına hərəkatdakı struktur islahatları səbəb olub.
İslahatlar nəticəsində Safanın səlahiyyətləri xeyli azaldılsa da, o, dərhal vəzifədən uzaqlaşdırılmamışdı.
Onun vəzifəsini müvəqqəti olaraq Hüseyn Barade icra edəcək.