Ru
00:19 / 07 Fevral 2026

Vüsal Nəsirli məşhur generalın oğludur?

Vüsal Nəsirli məşhur generalın oğludur?
Eye

Xəbər verdiyimiz kimi, fevralın 6-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov vəzifəsindən azad edilib. Onun yerinə isə Vüsal Zakir oğlu Nəsirli təyin edilib.


Bakupost.az Globalinfo.az-a istinadən bildirir ki, Vüsal Nəsirlinin polis generalı Zakir Nəsirovun oğlu olması haqda mediada iddia yayılıb.

Amma bu xəbər öz təsdiqini tapmır. Belə ki, ad-soyadın üst-üstə düşməsi sırf təsadüfdür. V.Nəsirli əslən İmişli rayonundandır. Atası Zakir Nəsirov uzun illər İmişlidə elektrik şəbəkəsində işləyib. AAYDA-nın yeni sədrini tanıyanlar bildirirlər ki, o, zəhmətkeş, sadə ailənin övladıdır. Öz savadı və zəhmətkeşliyi ilə bu vəzifəyə gəldiyi vurğulanır. Vüsal Nəsirli maliyyə naziri Sahil Babayevin kadrı kimi tanınır.

Xatırladaq ki, general Zakir Nəsirov Daxili İşlər Nazirliyində Baş Cinayət–Axtarış İdarəsinin rəisi vəzifəsini tutub. 2005-ci ildə “Qara kəmər” işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyatı zamanı saxlanılıb. Ondan daxili işlər naziri naziri Ramil Usubovun əleyhinə ifadə almağa cəhd göstərilsə də, ifadə verməkdən imtina edib. Məhkəmənin hökmü ilə ömürlük həbsə məhkum edilmişdi. O, 2017-ci ildə şərti azadlığa buraxılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar