Bu gün səhər saatlarından Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınan tanınmış jurnalist Sevda Həsənovanın cərahiyyə əməliyyatı başa çatıb.
Bakupost.az Gununsesi.info-ya istinadla xəbər verir ki, 7 saatdan çox davam edən əməliyyat zamanı jurnalistin beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.
Hazırda o, reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb.
Sevda Həsənova 1994-cü ildən ANS-də çalışıb.