Ru
21:44 / 06 Fevral 2026

Bakı məktəbində daha bir OLAY: şagird kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirildi

Bakı məktəbində daha bir OLAY: şagird kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirildi
Eye

Fevralın 6-da Bakının Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi məktəbdə yıxılıb.

Bakupost.az xəbər verir ki, hadisə ilə bağlı "Trend"in sorğusuna cavab olaraq 10 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı açıqlanmır) fevralın 6-da məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb.

Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb.

"Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib.

Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb", - deyə məlumatda bildirilib.

Klinik Tibbi Mərkəzdən isə qeyd edilib ki, bu gün saat 16:30-da 2012-ci il təvəllüdlü kişi cinsli şəxs Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar