Bakıda 69 yaşlı kişi itkin düşüb.
Bakupost.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Arif İsmayılov paytaxtın Nizami rayonunda yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55 202-91-19 və (+994)50 973-86-73 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.