Ru
12:05 / 07 Noyabr 2025

Tanınmış tiktoker məsuliyyətə cəlb olundu

Tanınmış tiktoker məsuliyyətə cəlb olundu
Eye

Sosial şəbəkələrdə “Koti” kimi tanınan fenomen Zeynəb Zeynallı məsuliyyətə cəlb olunub.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, o, qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün məhkəmə önünə çıxarılıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 25 yaşlı tiktoker özünü təqsirli bilərək əməlini etiraf edib. O, 2023-2025-ci illərdə özünə məxsus instaqram hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirib.

Hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə Zeynəb Zeynallı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinib və o, 600 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, onunla bağlı protokolu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərtib edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar