Ru
00:38 / 13 Sentyabr 2020

77-ci Venesiya kino festivalına yekun vuruldu

5919
ABŞ-da işləyən çinli Xloi Çjaonun "Köçərilərin torpağı" filmi 77-ci Venesiya kino festivalının "Müqəddəs Markın Qızıl şiri" mükafatını alıb.

"BakuPost" xəbər verir ki, bunu aktrisa Keyt Blanşettin başçılığı ilə beynəlxalq münsiflər heyəti elan edib. Qaliblərin elan edilməsinin təntənəli mərasimi festivalın saytında yayımlanıb.

"Köçərilərin torpağı" - ABŞ-da "yeni köçərilər" - yollarda yaşayan insanlar haqqında sənədli filmdir. Film əvvəldən müsabiqənin favoriti hesab edilirdi. Nə rejissor, nə də baş rolun ifa çısı Frensis Makdormand Venesiyaya gəliblər. Onlar videokörpü ilə mətbuat konfransı keçiriblər.

Qeyd edək ki, müsabiqədə 18 film iştirak edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər