Ru
14:33 / 08 Noyabr 2025

Yardımlıda Zəfər Günü qeyd olundu - FOTO

 Yardımlıda Zəfər Günü qeyd olundu - FOTO
Eye

Bu gün Yardımlı Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə anım tədbiri təşkil olunub.

Bakupost.az xəbər verir ki, tədbirdə şəhid ataları, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, qazilər, Yardımlı Rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru, baş həkimi və kollektivi iştirak edib.

Tədbir zamanı Vətənimizin azadlığı və təhlükəsizliyi uğrunda göstərdikləri xidmətlərə görə bir sıra iştirakçılara fəxri fərmanlar təqdim olunub.

Qəhrəmanlarımızın xatirəsi ehtiramla yad olunub, Zəfərə aparan yolda onların göstərdiyi igidlik və fədakarlıq bir daha vurğulanıb.

Qeyd olunub ki. Qarabağ Zəfəri xalqımızın birliyinin, ordumuzun qüdrətinin və şəhidlərimizin müqəddəs qanının bəhrəsidir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar