Azərbaycanın tanınmış simaları 8 Noyabr – Zəfər Günü ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşımlar ediblər.
Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, Aygün Kazımova, Röya Ayxan, Ədalət Şükürov, Firəngiz Mütəllimova, Brilliant Dadaşova, Alim Qasımov və digər sənət nümayəndələri paylaşımlarında şəhidlərimizin xatirəsini anıb, qəhrəman əsgərlərimizə təşəkkür ediblər.
Onlar paylaşımlarında “Qarabağ Azərbaycandır!”, “Zəfər Günün mübarək, Azərbaycan!”, “Qəhrəmanlar unudulmur” kimi ifadələrə yer veriblər.
Qeyd edək ki, 8 Noyabr 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsində qazanılan tarixi qələbənin rəmzi olaraq Zəfər Günü kimi qeyd olunur.