Ru
13:50 / 08 Noyabr 2025

“İndi təcridxanada Azərbaycan çayı içirlər”

“İndi təcridxanada Azərbaycan çayı içirlər”
Eye

“Ermənistan düzgün nəticə çıxara bilməmişdi, ikinci Qarabağ müharibəsi zamanı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı, hətta yeni torpaqlar işğal edəcəklərini deyirdilər”.


Bakupost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.

“Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, deyirdilər ki, onlar Bakıda çay içəcək. Əslində onların bu arzuları həyata keçdi, onları biz gerçəkləşdirdik, onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayı içirlər”, - Azərbaycan lideri vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar