Ru
13:55 / 08 Noyabr 2025

"Onlar da bizimlə eyni coşğunu yaşayır" - Ərdoğan

"Onlar da bizimlə eyni coşğunu yaşayır" - Ərdoğan
Eye

Zəfər günümüzün 5-i ildönümündə sizlərlə birlikdə olmaqdan şadam.

Bakupost.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.

"Sizlərə Türkiyədəki qardaşlarınızın salamını, 86 milyonun təbriklərini gətirdim. Türk dünyasındakı qardaşlarımız da bu gün bizimlə eyni coşğunu yaşayır" deyə, o əlavə edib.

Türkiyə prezidenti bildirib ki, bu gün birlikdə 30 illik işğalı sonlandıran möhtəşəm Zəfərin 5-ci ildönümünü qeyd edirik:

"Rəbbim şəhidlərimizin ruhunu şad, məkanlarını cənnət eləsin".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar