Ru
16:49 / 08 Noyabr 2025

Diqqət: Bakının bu ərazilərində evlər kəskin ucuzlaşdı

Diqqət: Bakının bu ərazilərində evlər kəskin ucuzlaşdı
Eye

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin ucuzlaşıb. Bu tendensiya Xırdalanda, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində ucuzlaşma qeydə alınıb.

Əmlak məsələləri üzrə ekspert Nahid Hacıyev mərkəzdən kənarda inşa olunmuş mənzillərin və evlərin ucuzlaşmasının müxtəlif səbəblərlə bağlı olduğunu bildirib.


Bakupost.az xəbər verir ki, Metbuat.az-a danışan mütəxəssis qiymətlərlə bağlı mövcud tendensiyanı nəqliyyat problemi ilə əlaqələndirib.

Onun sözlərinə görə, insanlar dəhşətli tıxaclar üzündən Bakıətrafı qəsəbələrdə yaşamaq istəmirlər:

"Sabunçu rayonundakı "sosial binalar" adlanan yaşayış massivində, Abşeronda, "Ümid" qəsəbəsində yüzlərlə mənzil satışa çıxarılıb. Dördotaqlı, tam təmirli mənzillərin 1 kv. metri alıcılara 800 manata təklif olunur. Amma heç kim həmin mənzilləri almağa həvəs göstərmir. Çünki nəqliyyat sistemi bərbaddır. İnsanlar mənzil başına tez çatmaq üçün bir manat 50 qəpiklik taksilərdən, sonra isə metrodan istifadə etməyə məcbur olurlar. Dörd nəfərlik ailənin gündəlik yolpulu 16-17 manat edir”.

Ekspert deyib ki, elan saytlarına nəzər salmaqla vəziyyətlə bağlı real təsəvvürə malik olmaq mümkündür: "Masazırda ikimərtəbəli, 5 otaqlı, tam təmirli, ən əsası isə əşyalı mənzillər 80-90 min manata satışa çıxarılır. Bəzən qiymət 55-60 min manat həddində olur. Bu pulla həmin evin tikildiyi torpagı, daşı, qumu almaq mümkün deyil. Amma yenə aylarla müştəri tapılmır. Bakıətrafı bəzi qəsəbələrdə yaşayan insanlar tıxac üzündən evlərini dəyər-dəyməzinə satıb mərkəzə daşınırlar".

N.Hacıyev bu tendensiyanın uzun müddət davam etməyəcəyini bildirib. Onun sözlərinə görə, Bakının qəsəbə və kəndlərində tikinti üçün yararlı olan torpaq sahələri tükəndiyindən yaxın aylarda daşınmaz əmlakın qiymətində artım qaçılmaz olacaq.

Şərhlər
  • Bəhrami

    Ticarət, biznes, ya kobudca al-ver hansı mütənasib münasibətdə razılıqlı-davamlı hər iki sifarişçi-tələbatı və istehsalçının dəqiq keyfiyyətli xidmətin-məhsulun zamanında təhvil-təslimi ilə? Xüsusilə, Bakı və Abşeronda dövlətin ən yüksək və güzəştli krediti ilə ortaq ən üca göydələnlər müasir məhsuldar avadanlıq və texnologiya ilə hər hansı həyət-villadan heç olmazsa ərazi kvadrametrinə görə ucuz gözlənmirdimi? Elə isə, iri məbləğdə tükənən təbii neft sərvəti və əsas kapitalı üzrə qurulan ərazilər və mənzil binaları rəqabətdə qeydiyyatı da naməlum fərdi-darısqal *həyət-villa* ev-mənzil inşaasına ehtiyacı 25 ilə hələ də *sıradan çıxarmayıb*?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar