Ru
12:55 / 08 Noyabr 2025

Ərdoğan Azərbaycana gəldi - YENİLƏNİB

Ərdoğan Azərbaycana gəldi - YENİLƏNİB
Eye

Noyabrın 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlib.


Bakupost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər qarşıladılar.


********

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.


Bakupost.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Bakıda 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə keçiriləcək hərbi paradda iştirak edəcək.

Türkiyə liderinin Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələlərlə bağlı danışıqlar aparacağı gözlənilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar