“SS (Paşinyan Serj Sərkisyanı belə təqdim edib-red.) yenidən danışıqlar sənədlərindən söhbət açıb”.
Bakupost.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sərkisyanın açıqlamasında səsləndirdiyi fikirlərə cavabında deyib.
Paşinyan qeyd edib ki, danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırlayıb: “Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.
Paşinyan Serj Sərkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb: “Sənin bir məktubunu da dərc edəcəyəm, elə düşünməyəsən ki, səni hesaba almamışam. Oyananda TPL və KP-yə (Paşinyan Levon Ter-Petrosyanı və Robert Koçaryanı belə təqdim edib-red.) də xəbər edərsən”.