Ru
11:48 / 08 Noyabr 2025

Maştağanın 40 illik yol problemi: "Nə taksi gəlir, nə təcili yardım" - VİDEO

Maştağanın 40 illik yol problemi: "Nə taksi gəlir, nə təcili yardım"  - VİDEO
Eye

Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan sakinlər illərdir ki, yol sarıdan əziyyət çəkirlər.

Sakinlər bildirirlər ki, qışda palçıq, yayda isə tozun əlindən burada hərəkət etmək ümumiyyətlə yaşamaq mümkün deyil.

Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların müraciətlərinə baxan olmayıb.

Onların sözlərinə görə, massivin dörd bir yanına asfalt örtük çəkilib. Sadəcə 750 metrlik yer qalıb ki, o yolu da təmir edən tapılmır.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi bu qəsəbədə də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar