Ru
08:58 / 10 Sentyabr 2025

80 yaşlı qadını sevimli atı öldürdü - FOTO

80 yaşlı qadını sevimli atı öldürdü -  FOTO
Eye

Böyük Britaniyanın Norfolk qraflığından olan 80 yaşlı Marqaret Devis adlı süvari qadın sevimli atı "Benni" tərəfindən öldürülüb. At qadının döş qəfəsini tapdalayıb.


Bakupost.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Polisin verdiyi məlumata görə, qadın həyətdə huşsuz vəziyyətdə tapılıb və dərhal xəstəxanaya yerləşdirilib, lakin həyatını xilas etmək mümkün olmayıb.

"Marqaret Devis atının onu yıxması və tapdalaması nəticəsində döş qəfəsindən xəsarət alıb. O, təcili müalicə üçün Norfolk və Norviç xəstəxanasına aparılıb. İntensiv terapiya şöbəsində müalicə olunub. Lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, qəza zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib", - deyə Norfolk dairəsi koroneri Coanna Tompson bildirib.

Hüquq-mühafizə orqanlarının ehtimalına görə, "Benni" qorxub, sahibini yıxaraq qaçıb.

80 yaşlı qadını sevimli atı öldürdü -  FOTO
80 yaşlı qadını sevimli atı öldürdü -  FOTO
80 yaşlı qadını sevimli atı öldürdü -  FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar