Ru
19:40 / 21 Sentyabr 2026

Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş

Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
Eye

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları - Abdullayev Arzu Kamal oğlu və Qasımov Əziz Kamal oğlu ilə bağlı maraqlı faktlar məlum olub.


"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, Arzu Abdullayev və Əziz Qasımovun Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla yaxın qohumluq əlaqələri mövcuddur.

Belə ki, Naxçıvan Ali Məclisinin sədrinin müavini Arzu Abdullayev Elmar Qasımovun bacısının qızının həyat yoldaşıdır. Əziz Qasımov isə BANM rektorunun bacısı qızının oğludur.

Onu da qeyd edək ki, Arzu Abdullayev və Əziz Qasımovun Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovla da yaxın münasibətləri var. Onlar Seymur Talıbova məxsus "İstedad" kurslarında fəaliyyət göstəriblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar