Ru
13:31 / 03 Noyabr 2025

800 min manat mənimsəyən 4 uşaq anasına hökm oxundu – 8 il həbs

800 min manat mənimsəyən 4 uşaq anasına hökm oxundu – 8 il həbs
Eye

Mebel istehsalını həyata keçirən "Rifah Group" MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkətin sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakupost.az Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən yekun prosesdə qərar və hökm elan edilib.

Samirə Zeynalovanın ittiham olunduğu 308.2-ci maddəsinə təsdiqini tapmadığı üçün, Cinayət Məcəlləsinin 313-cü maddəsinə isə müddəti bitdiyinə görə xitam verilməsi ilə bağlı qərar verilib. Samirə Zeynalovanın ittiham olunduğu digər maddəyə görə –179.4-cü maddə ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm elan edilib.

Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə təqsirləndirilənin ittiham olunduğu maddələrdən 308.2-ci maddəyə təsdiqini tapmadığı üçün, 313-cü maddəyə isə müddəti keçdiyi üçün xitam verilməsini istəmişdi.

Samirə Zeynalovanın ittiham olunduğu yalnız 179.4-cü (mənimsəmə - külli miqdarda olduqda) maddə üzrə təqsirli bilərək onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, ittihama görə, Samirə Zeynalova "Rifah Group" MMC-nin baş mühasibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802 429.45 manat pul vəsaitini onların hesablarına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Samirə Zeynalovanın 4 övladı var, onlardan biri 1-ci qrup əlildir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar