Ru
09:35 / 04 Avqust 2025

ABŞ-də təyyarə okeana düşdü - Anbaan GÖRÜNTÜLƏR

ABŞ-də təyyarə okeana düşdü -  Anbaan GÖRÜNTÜLƏR
Eye

ABŞ-nin Şimali Karolina ştatında, çimərlik yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şahidləri təyyarənin suya çırpıldığı anları qeydə ala biliblər.

Qeyd olunur ki, təyyarədə texniki problemlər yaranıb və bu səbəbdən pilot suya məcburi eniş etmək qərarı verib.

Su ilə toqquşma nəticəsində pilot kabindən çölə düşüb. Sahildə olan xilasedicilər pilotun köməyinə gələrək, onu sudan çıxara biliblər.

Sıyrıq və əzilmə xəsarətləri alan pilot xəstəxanaya yerləşdirilib. Hadisənin digər təfərrüatı məlum deyil.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar