Yevlax rayonunda 37 yaşlı kişi qətlə yetirilib.
Bakupost.az xəbər verir ki, hadisə şəhərin "Qaraçılar məhəlləsi" adlanan ərazidə baş verib.
2006-cı il təvəllüdlü Həsən Məmmədov və 2005-ci il təvəllüdlü Əli Mahmudov dalaşıblar. Hadisə zamanı Əli Mahmudovun əmisi, 1988-ci il təvəllüdlü Zahid Məmmədov davanı sakitləşdirmək istəyərkən H.Məmmədovun qohumu, 2009-cu il təvəllüdlü R.Abdullayev bıçaqla ona kürək nahiyəsindən iki zərbə endirib. Hadisə nəticəsində Z.Məmmədov dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.