Ru
10:36 / 04 Avqust 2025

Çində məktəbə hücum: Ölən və yaralılar var

Çində məktəbə hücum:  Ölən və yaralılar var
Eye

Çinin Hunan əyalətinin Ləiyan şəhərində baş verən dəhşətli hadisə nəticəsində iki nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, faciəvi hadisə yerli ibtidai məktəbin yaxınlığında baş verib.

Bir nəfər əvvəlcə məktəb ətrafında olan insanlara bıçaqla hücum edib, daha sonra isə majonq oyunu üçün nəzərdə tutulmuş məkana daxil olaraq oradakılara da xəsarət yetirib.

Şahidlərin sözlərinə görə, ölən və yaralananlar arasında uşaqlar var.

Hadisə yerinə cəlb edilən polis əməkdaşları qısa müddətdə hücum edən şəxsi saxlaya biliblər.

Yaralananlar dərhal xəstəxanaya çatdırılıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar