Ru
13:24 / 04 Avqust 2025

Bakı-İrəvan sülhü reallığı çevrilir: "Trampa uğur hekayəsi lazımdır"

Bakı-İrəvan sülhü reallığı çevrilir:  "Trampa uğur hekayəsi lazımdır"
Eye

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin mətnini paraflamağa hazır olduqlarını həftələr öncə bəyan ediblər. Deməli, yerdə qalırdı tarixi və paraflanmanın imzalanacağı məkanı müəyyənləşdirmək. Vaxtilə Qarabağ məsələsiylə məşğul olan 3 həmsədrdən ikisi – Rusiya və Fransa müxtəlif səbəblərdən məkan kimi seçilə bilməz. Görünür, Vaşinqton yaranan fürsətdən öz xeyrinə istifadə etməyə çalışır".

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın cümə günü Vaşinqtonda sülh sazişi imzalamaq üçün görüşə hazırlaşdıqları barədə xəbərləri şərh edərkən bildirib.


"Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp iyulun 18-də amerikalı senatorlarla şam yeməyində “Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və artıq məqsədə yaxınıq” ifadəsini işlətmişdi. Yəni Tramp bununla demək istəyirdi ki, sülh sazişinin hazırlanmasında və tərəfləri bir-birinə yaxınlaşdırmaqda onun administrasiyasının da payı var. Halbuki, Bakı və İrəvan bugünə qədər danışıqlarda nə əldə ediblərsə, bu, birbaşa dialoq və danışıqların nəticəsində baş tutub. Buna baxmayaraq, Bakı və İrəvan Tramp admnistrasiyası ilə yaxşı münasibətlərə ümid bəslədiklərindən Ağ Ev sahibinin rolunu kiçildən açıqlama vermədilər. Tramp verdiyi vədlərin əksinə olaraq, Rusiya-Ukrayna müharibəsində, o cümlədən Yaxın Şərq sülh prosesində uğur qazana bilmir. Ona belə vəziyyətdə nəsə fərqli uğur hekayəsi lazımdır. Belə bir hekayə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin sülh sazişini imzalamaları və ya paraflamaları ola bilər", - Elxan Şahinoğlu vurğulayıb.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar