Rusiya-Ukrayna danışıqlarını pozmaq cəhdləri var. Türkiyə, bu cəhdlərə baxmayaraq, Rusiya ilə Ukrayna arasında İstanbulda aparılan danışıqların intensivliyinin qorunub saxlanılacağına ümid edir.
Bakupost.az xəbər verir ki, bunu “RIA Novosti”yə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbə bildirib.
Agentliyin həmsöhbəti vurğulayıb ki, Ankara mütəmadi olaraq Moskva və Kiyevi dialoqu davam etdirməyə çağırır. Onun sözlərinə görə, danışıqları pozmaq cəhdləri həmişə olacaq.
“Bu, daim olacaq. Məhz buna görə də dialoqu qoruyub saxlamaq vacibdir”, - deyə o bildirib.
Lalə,
BakuPost