ABŞ-də universitetində atışma olub, ölənlər var
ABŞ-nin Corciya ştatının Emori Universitetində atışma olub.
Bakupost.az. xəbər verir ki, bu barədə təhsil ocağının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
"Emoridə fövqəladə vəziyyət: Emori-Atlanta şəhərciyində atışma. Bu ərazidən uzaq olun. Təhlükəsiz yerə sığının", - məlumatda deyilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs ölüb. Silahlı insident zamanı polis əməkdaşı da xəsarət alıb. O, sonra dünyasını dəyişib.
Hadisə yerində polis əməkdaşları işləyir.