Ru
09:42 / 09 Avqust 2025

Qəbələdə yanğın törədən şəxs saxlanıldı

Qəbələdə yanğın törədən şəxs saxlanıldı
Eye

Ötən gün Qəbələ rayonunun Zarağan kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla yanğının 1969-cu il təvəllüdlü rayon sakini Kazım Soltanov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 6 sot ərazidə məişət tullantıları və kol-kos yanıb.

K.Soltanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar