Ru
01:00 / 25 Fevral 2026

ABŞ ilə misilsiz saziş üçün tarixi fürsətimiz var - İran XİN

ABŞ ilə misilsiz saziş üçün tarixi fürsətimiz var - İran XİN
Eye

"İran İsveçrənin Cenevrə şəhərində ABŞ ilə danışıqları ən qısa müddətdə ədalətli saziş əldə etmək əzmi ilə bərpa edəcək".

Bakupost.Az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı "X" sosial şəbəkə hesabında yazıb.

"Qarşılıqlı maraqları nəzərə alan və qarşılıqlı fayda təmin edən misilsiz saziş bağlamaq üçün tarixi fürsətimiz var. Sövdələşmə əldə edilə bilər, ancaq diplomatiyaya üstünlük verildiyi təqdirdə", - deyə nazir vurğulayıb.

Xatırladaq ki, İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə keçirilən əvvəlki dolayı danışıqlar raundu fevralın 17-də Cenevrədə baş tutmuşdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar