Ru
20:58 / 06 May 2026

ABŞ-ın təklifində qəbuledilməz şərtlər var – Mənbə

ABŞ-ın təklifində qəbuledilməz şərtlər var – Mənbə
Eye

ABŞ-ın İranla son razılaşma təklifində Tehran üçün qəbuledilməz məqamlar var.


Balupost.az xəbər verir ki, bu barədə “Tasnim” mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, ABŞ mətbuatı tərəflərin müharibəyə son qoymaq üçün memorandum imzalamağa yaxın olduğunu iddia edir. Ancaq Tehran özündə qəbuledilməz bəndləri əks etdirən plana rəsmi cavab verməyib.

Onların sözlərinə görə, ABŞ mediasının apardığı təbliğat ölkə lideri Donald Trampın Hörmüz boğazından gəmilərin tranzitini təşkil edən Azadlıq Layihəsi əməliyyatının başa çatdığı barədə verdiyi bəyanatı əsaslandırmağa yönəlib.

Qeyd edək ki, Vaşinqtonun qarşıdakı 48 saat ərzində bir neçə əsas məsələ ilə bağlı Tehrandan cavab gözlədiyinə dair xəbərlər yayılmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar