ABŞ İrana bildirib ki, rəsmi Tehranın 6 fevral tarixinə planlaşdırılan danışıqların yerini və formatını dəyişdirmək tələbləri ilə razılaşmayacaq.
Bakupost.az bildirir ki, bu sözləri "Axios" portalına iki amerikalı məmur deyib.
Danışıqlar cümə günü İstanbulda Yaxın Şərq ölkələrinin müşahidəçi qismində iştirakı ilə baş tutmalı idi. Lakin İran tərəfi yalnız nüvə məsələlərinə diqqət yetirməyin zəruriliyini əsas gətirərək, görüşün yerinin və formatının dəyişdirilməsini tələb edib.
ABŞ hakimiyyəti bu xahişi nəzərdən keçirsə də, çərşənbə günü onu rədd etmək qərarına gəlib. "Biz onlara dedik ki, ya bu format olacaq, ya da heç nə. Onlar isə cavab verdilər: "Yaxşı, onda heç nə', - deyə yüksəkvəzifəli rəsmi "Axios"a bildirib.