Ru
22:26 / 04 Fevral 2026

TRAGİKOMEDİYA: “BakuBus”un iki avtobusu ard-arda qəzaya düşdü - FOTO

TRAGİKOMEDİYA: “BakuBus”un iki avtobusu ard-arda qəzaya düşdü - FOTO
Eye

Bu saatlarda Zəfər Parkının yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, BakuBus-un Hövsan-“28” may metrostansiyası üzrə hərəkət edən 120 nömrəli marşrut avtobusu ilə minik avtomobili toqquşub.

Hadisə minik avtomobilinin avtobus zolağına daxil olması nəticəsində baş verib.

Qəzadan sonra avtobusda olan sərnişinlər düşürülüb və növbəti gələn avtobusa yönləndiriliblər.

Maraqlısı odur ki, sərnişinlərin mindiyi növbəti 120 nömrəli avtobus da bir qədər hərəkət etdikdən sonra qəza törədib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Xəsarət alan yoxdur.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar